Qətər: İrandan atılan raket neft tankerinə dəydi



Qətər Müdafiə Nazirliyi İrandan atılan bir raketin Qətər ərazi sularında neft tankerinə dəydiyini açıqlayıb.

AFN.az xəbər verir ki, nazirliyin yaydığı rəsmi bəyanatda İrandan Qətər istiqamətində 3 qanadlı raketin atıldığı bildirilib.

Sözügedən raketlərdən ikisinin uğurla zərərsizləşdirildiyi, lakin üçüncü raketin ölkənin ərazi sularında "Qatar Energy" dövlət şirkəti üçün icarəyə götürülmüş neft tankerinə tuş gəldiyi qeyd olunub. Hadisə zamanı tankerin göyərtəsində 21 nəfərlik heyət olub.

Açıqlamada tankerin təxliyəsi üçün lazımi tədbirlərin görüldüyü və aidiyyəti qurumlarla koordinasiyanın təmin edildiyi vurğulanıb. Sevindirici haldır ki, hadisə nəticəsində hər hansı xəsarət alan olmayıb və can itkisi yaşanmayıb. Bu insident bölgədəki enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu