KİV: ABŞ-İran danışıqlarının ikinci raundu Romada keçirilə bilər


ABŞ-İran nüvə danışıqlarının növbəti mərhələsi İtaliyanın paytaxtında keçirilə bilər.


AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Amerika və İran rəsmiləri arasında görüş Omanın Maskat şəhərindəki danışıqlardan fərqli olaraq, yəqin ki, şəxsi formatda bir otaqda baş tutacaq. Portal yazır ki, görüşdə omanlı vasitəçilər də iştirak edə bilər.

"Axios"un yazdığına görə, ABŞ və İran rəsmiləri arasında keçiriləcək ikinci görüşdən əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İslam Respublikasının nüvə obyektlərində monitorinq və yoxlama prosedurlarını müzakirə etmək üçün Tehrana səfər edəcək.

Danışıqların birinci raundu aprelin 12-də Omanda keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu