"Lufthansa" təyyarəsi ikinci pilotun huşunu itirməsi ilə 10 dəqiqə pilotsuz uçdu


Almaniyanın "Lufthansa" Hava Yollarına məxsus sərnişin təyyarəsi ikinci pilotun qəfil huşunu itirməsi nəticəsində təxminən 10 dəqiqə pilotsuz uçub.



Hadisə 17 fevral 2024-cü ildə Frankfurt–Sevilya reysi zamanı baş verib. İspaniyanın aviasiya araşdırma komissiyasının yaydığı hesabatda bildirilir ki, kapitan pilot tualetə getdiyi zaman kokpitdə tək qalan ikinci pilot qəfildən huşunu itirib.



"Airbus A321" tipli təyyarədə 199 sərnişin və 6 heyət üzvü olub. Təyyarənin avtopilot sistemi aktiv olduğu üçün istiqamətini sabit saxlayıb. Lakin huşunu itirmiş pilotun istəmədən idarəetmə manipulyasiyaları etdiyi də müəyyən edilib.



Kapitan pilot təcili kod vasitəsilə kokpitə daxil olaraq nəzarəti ələ alıb. Təyyarə Madrid hava limanına yönəldilərək təhlükəsiz eniş edib.



İkinci pilota uçuşda olan həkim və kabin heyəti tərəfindən yardım göstərilib. Xəstəxanaya aparılan pilotda daha əvvəl aşkarlanmamış neyroloji pozuntu aşkar edilib. Pilotun uçuş icazəsi müvəqqəti dayandırılıb.



"Lufthansa" rəsmiləri hadisənin araşdırıldığını və İspaniya tərəfi ilə əməkdaşlıq edildiyini açıqlayıb.



Avropa Komissiyasının məlumat bazasında qeyd edilənlərə görə, son 5 ildə uçuş zamanı 287 pilotun huşunu itirməsi halı qeydə alınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu