"Batik Air" təyyarəsinin pilotları uçuş zamanı eyni vaxtda yuxuya gediblər


İndoneziyanın Sulavesi şəhərindən Cakartaya uçan "Batik Air" təyyarəsinin kapitan pilotu ilə ikinci pilotunun uçuş zamanı təxminən 28 dəqiqə eyni vaxtda yuxuya getdiyi məlum olub.



İndoneziya Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinin (KNKT) hazırladığı hesabatda bildirilib ki, yanvarın 25-də Airbus A320 təyyarəsinin kapitan pilotu və ikinci pilotu təxminən 2 saat 35 dəqiqəlik uçuş ərzində eyni vaxtda 28 dəqiqə yuxuya gedib.

Xəbərdə pilotlardan birinin əkiz körpələrinə qulluq etdiyi üçün uçuşdan bir gecə əvvəl kifayət qədər dincəlmədiyi və bu hadisənin bir sıra naviqasiya xətalarına səbəb olduğu bildirilir.

Bununla belə 153 sərnişin və dörd stüardessa səyahəti təhlükəsiz şəkildə başa vurub.

Məlumata görə, hadisə havaya qalxdıqdan təxminən yarım saat sonra kapitanın ikinci pilotdan istirahət etmək üçün qısa fasilə istəməsi zamanı baş verib və bu tələb qəbul edilib.

Xəbərdə bildirilir ki, ikinci pilot daha sonra təyyarənin idarəsini ələ keçirib, lakin ötən gecə əkiz körpələrinə baxmalı olduğu üçün kifayət qədər dincələ bilmədiyi üçün istəmədən yuxuya gedib.

Təyyarə ilə qüllə arasında qeydə alınan son mesajdan iyirmi səkkiz dəqiqə sonra kapitan ayılıb və ikinci pilotunun yatdığını və təyyarənin düzgün marşrutda olmadığını başa düşüb.

Məlumata görə, təyyarənin komandiri dərhal köməkçisini oyadıb, Cakartadan gələn zənglərə cavab verib və təyyarənin marşrutunu düzəldib. Daha sonra təyyarə təhlükəsiz şəkildə Cakartaya enib.

Minlərlə adanı birləşdirmək üçün hava nəqliyyatından çox asılı olmasına baxmayaraq, beş min kilometrdən çox uzanan bir arxipelaq ölkəsi olan İndoneziya hava təhlükəsizliyi baxımından zəif göstəricilərə malikdir.

KNKT hesabatında "Batik Air İndoneziya"nın Təhlükəsizlik Fövqəladə Hallar Prosedurlarında qeyd edildiyi kimi təfərrüatlı pilot kabinəsinə nəzarət prosedurlarının olmaması qeyd edilib və bunun narahatlıq doğurduğu bildirilib.

KNKT "Batik Air Indoneziya" şirkətinə uçuşları effektiv həyata keçirilməsini təmin etmək üçün müfəssəl kokpit nəzarəti prosedurlarını hazırlamağı tövsiyə edib.

MƏNBƏ: AJANS BİZİM



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu