Sərnişinlə stüardessalar arasında dava düşdü, təyyarə istiqamətini dəyişdi


"Yeni Dehli"dən Londona uçan sərnişin layneri qəfil istiqamətini dəyişərək Hindistanın paytaxtına enməyə məcbur olub.


AFN.az xəbər verir ki, hadisənin təfərrüatlar "The Times of India"da dərc olunub. Bildirilir ki, 10 aprel bazar ertəsi, "Air India Boeing 787" təyyarəsinin təcili enişinə səbəb sərnişinlə uçuş heyəti üzvləri arasında düşən dava olub. Kişi ilə stüardessalar arasında münaqişənin təyyarə havaya qalxdıqdan 3 saat sonra başladığı bildirilir. Kişi sərnişin bir neçə ekipaj üzvü ilə əlbəyaxa olub, iki stüardessanı yerə yıxıb.

Paytaxtın İndira Qandi hava limanına endikdən sonra təyyarəni nəqliyyat polisinin əməkdaşları qarşılayıb və qanun pozuntusunu törədən şəxsi saxlayıblar. "Biz də polisə şikayət etmişik. Təyyarədə olanların təhlükəsizliyi "Air India" üçün vacibdir. İndi biz xəsarət alan stüardessalara hərtərəfli dəstək göstəririk", – deyə aviadaşıyıcının mətbuat xidmətindən bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu