Pilotu huşunu itirən 225 sərnişini olan təyyarə məcburi eniş edib


Varşavadan Larnakaya uçan 225 sərnişini olan "Wizzair" təyyarəsi pilotun huşunu itirməsi nəticəsində Varşava Şopen hava limanına məcburi eniş edib.



Varşava Şopen Hava Limanından Cənubi Kiprin Larnaka şəhərinə uçan Airbus A321 tipli təyyarədə pilot huşunu itirib. 225 sərnişini olan "Wizzair" təyyarəsinin pilotu huşunu itirdikdən sonra digər pilot vəziyyəti dərhal qülləyə çatdırıb və təyyarənin təcili olaraq Varşavaya qaytarılması qərara alınıb. Yerli vaxtla saat 07:00 radələrində Varşava Şopen Hava Limanına rahat eniş edən sərnişin təyyarəsinin huşunu itirən pilotu təcili tibbi yardım işçiləri tərəfindən xəstəxanaya aparılıb.

Larnakaya başqa təyyarə ilə göndəriləcək sərnişinlərin gözləməsi davam edir.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu