Tokio hava limanında 2 təyyarə toqquşub


Yaponiya Hava Yollarına məxsus Airbus A350 516 nömrəli reysi Nyu Chitose hava limanından qalxan Haneda hava limanına enərkən Yaponiya Sahil Mühafizəsinin təyyarəsi ilə toqquşub.



Təyyarə enişdən az sonra Yaponiya Sahil Mühafizəsinin təyyarəsi ilə toqquşub və alovlanıb. Təyyarədə olan 379 nəfərin hamısı təxliyə edilib.

Yaponiya Hava Yolları tərəfindən edilən açıqlamada təyyarədə olan 379 nəfərin təxliyə edildiyi bildirilib. Bir neçə dəqiqə ərzində alovlanan təyyarənin təxliyyəsi cəmi 90 saniyə çəkib.

Sahil mühafizəsi təyyarəsində olan 6 nəfərdən pilotun sağ qurtarldığı qeyd edilisə də qalan 5 nəfərin sağlamlıq vəziyyətləri məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu