Tramp administrasiyasından Çinlə razılaşma üçün Tayvan güzəşti


ABŞ Prezidenti Donald Trampın administrasiyası Çinlə mümkün ticarət razılaşması və Si Cinpinlə gözlənilən görüş ərəfəsində Pekinin xahişlərinə ciddi güzəştlər edib.



AFN.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Bildirilir ki, Pekinin xahişinə uyğun olaraq, ABŞ həm Tayvan müdafiə naziri Qu Lisyunun (digər adıyla Vellinqton Qu-red.) 2025-ci ilin iyun ayında planlaşdırılan səfərini təxirə salıb, həm də Tayvan administrasiyasının rəhbəri Lay Tsin Deni avqust ayında ABŞ-da nəzərdə tutulmuş dayanacaqlardan imtina etməyə inandırıb.



Mənbələrdən biri qeyd edib ki, Tayvan lideri Latın Amerikası üzrə işgüzar səfəri zamanı Nyu-York və Dallas şəhərlərində dayanmağı planlaşdırsa da, Tramp administrasiyası ondan bu planı təxirə salmasını xahiş edib. “Onlar qəti şəkildə "yox" demədilər, amma Lay Tsin Deyin ABŞ ərazisində dayanacaqları üçün o qədər məhdudiyyət irəli sürdülər ki, bu, onların bunu istəmədiklərini açıq şəkildə göstərdi”, – deyə “The Washington Post” mənbənin sözlərindən sitat gətirib.



Trampın bu addımı daxildə ciddi etirazlarla qaşrılanıb. Həm Demokratların, həm də Respublikaçıların nümayəndələri, o cümlədən Trampın ilk administrasiyasından olan keçmiş ABŞ rəsmilərin də daxil olduğu etirazçılar Trampın Çinlə ticarət sazişi bağlamaq istəyinin administrasiyanın Pekinlə iqtisadi, texnoloji və hərbi sahədə daha qəti şəkildə rəqabət aparmaq səylərini arxa plana keçirməsindən qorxurlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu