Tayvan 27 təyyarə və 14 Çin gəmisinin yaxınlaşmasını qeydə alıb


Tayvan silahlı qüvvələri bir gündə Xalq Azadlıq Ordusunun 27 təyyarəsi və 9 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə adanın müdafiə departamenti məlumat yayıb.

Bildirilir ki, bundan əlavə, son 24 saat ərzində Tayvan yaxınlığında Çin hökumət idarələrinin beş gəmisi aşkar edilib.

Sənəddə qeyd edildiyi kimi, 15 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın şimal, mərkəzi və cənub-qərb hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.

Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu