Çin qoşunları Tayvana tərəf gedir: 25 təyyarə 3 gəmi adaya yaxınlaşıb


Son sutka ərzində Tayvan Silahlı Qüvvələri adanın yaxınlığında Çin Xalq Azadlıq Ordusunun (AXO) 3 gəmisi və 25 təyyarəsini qeydə alıb.


AFN.az xəbər verir ki, bu barədəTayvan Müdafiə Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir: "Bu gün saat 06:00-a olan məlumata görə, Tayvan yaxınlığında 25 PLA təyyarəsi və 3 gəmi tapılıb".

Məlumatda qeyd edilir ki, adanın silahlı qüvvələri vəziyyəti izləyir, aviasiya, donanma və yerüstü zenit-raket kompleksləri yüksək hazırlıq vəziyyətindədir. Cənub-qərbdən 19 PLA təyyarəsi Tayvanın hava hücumundan müdafiə sisteminin əhatə zonasına daxil olub. "Bunlar J-10 çoxməqsədli qırıcılardır" - nazirliyin saytında bildirilir.

Tayvan boğazında gərginlik Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin keçən il avqustda Taybeyə səfərindən sonra daha da artıb. Bu səfər Pekində həddindən artıq narazılığa səbəb oldu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu