Çinin 50-yə yaxın hərbi təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub


Çin Hərbi Hava Qüvvələrinə məxsus 47 təyyarə dekabrın 26-na keçən gecə Tayvan boğazının median xəttini keçib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tayvan ordusu vəziyyəti nəzarətdə saxlayır və təyyarələrə, donanma gəmilərinə, yerüstü raket sistemlərinə "bu hərəkətlərə cavab verməyi" tapşırıb. "Onlar Tayvanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olublar". Bu barədə Tayvanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Çin 24 saatlıq güc nümayişi zamanı 71 Hərbi Hava Qüvvələri təyyarəsi və 7 Hərbi Dəniz Qüvvələri gəmisi göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu