Tayvan ada üzərində 26 təyyarə və 10 Çin gəmisinin yaxınlaşmasını qeydə alıb


Tayvan silahlı qüvvələri bir gündə Xalq Azadlıq Ordusunun 10 gəmisi və 26 təyyarəsinin adaya yaxınlaşdığını qeydə alıb.


Bu barədə Tayvan Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

İddiaya görə, 18 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın şimal, cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub. Açıqlamada qeyd olunub ki, Tayvan ordusu hədəfləri izləmək üçün təyyarə, gəmi və yerüstü zenit-raket sistemlərindən istifadə edərək cavab verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu