Çin Tayvanın ətrafına donanma gəmiləri və döyüş təyyarələri göndərdi


Çin Tayvan yaxınlığında patrul xidmətinə donanma gəmiləri və döyüş təyyarələri göndərib.


Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada Çinin mümkün bir işğala qarşı müdafiə üçün Tayvanın illik hərbi təlimlərindən əvvəl bu addımı atdığı qeyd edilib. Bildirilir ki, Çin Xalq Azadlıq Ordusu Tayvanın ətrafına 38 döyüş təyyarəsi və 9 donanma gəmisi göndərib. Təyyarələrdən 32-si Çin və Tayvan arasında qeyri-rəsmi sərhəd və bufer zonası olaraq görülən Tayvan boğazının orta xəttinə çatıb.

Təxminən iki gündür adanın ətrafında göndərilən gəmi və təyyarələr patruldan sonra Çinin cənub sahillərinə qayıdır.

Tayvan mümkün işğal cəhdlərinə hazırlıq məqsədilə bu ay illik "Han Guang" təlimini keçirməyi planlaşdırır. Bundan əlavə, Tayvan havadan bombardmanlara və təbii fəlakətlərə qarşı mülki vətəndaşları hazırlamaq üçün illik "Wan'an" təlimi keçirəcək.

Çinin öz ərazisinin bir hissəsi kimi müdafiə etdiyi Tayvan 1949-cu ildə Çin Xalq Respublikasının yarandığı vaxtdan de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılıq hələ də davam edir.

Pekin “Vahid Çin” prinsipini vurğulayaraq Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan dövlətlərin Tayvanla diplomatik əlaqələri kəsməsini şərt qoyur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu