Tayvan: "Adanın ətrafında 43 Çin hərbi təyyarəsi və 7 döyüş gəmisi aşkar edilib"


Tayvan Müdafiə Nazirliyi dünən gecədən bu gün səhərə qədər Tayvan adası ətrafında 43 Çin hərbi təyyarəsi və 7 döyüş gəmisinin aşkarlandığını bildirib.



Bu barədə nazirliyin sosial şəbəkədəki hesabından məlumat verilib.

Açıqlamada, adanın ətrafında 7 Çin döyüş gəmisinin göründüyü, təyyarə və gəmilərin döyüş təyyarələri, patrul gəmiləri və raket sistemləri ilə izlənildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu