Tayvan adanın ətrafında 22 Çin hərbi təyyarəsi və 20 gəmi aşkar edib


Tayvan Müdafiə Nazirliyi dünən axşamdan səhər saatlarına qədər adanın ətrafında 22 Çin hərbi təyyarəsi və 20 döyüş gəmisinin aşkar edildiyini bildirib.


Bu haqda nazirliyin sosial şəbəkə saytından hesabından açıqlama verilib.

Açıqlamada bildirilir ki, "BZK-005" tipli silahsız pilotsuz təyyarə Tayvan boğazında nominal "orta xətti" keçib, 10 ədəd "J-10" tipli döyüş təyyarəsi ilə "Y-8 EW" və "KJ-500" tipli erkən xəbərdarlıq təyyarəsinin ADİZ-in Cənub-qərb istiqamətində uçduğu qeydə alınıb.

Nazirlik dünən 13 Çin hərbi təyyarəsinin göründüyünü və Shandong təyyarə gəmisinin adanın cənub ucunda Eluanbi burnundan 60 dəniz mili (təxminən 111 kilometr) keçdiyini bildirdi.

Uçuşlar və gəmi patrulları sentyabrın 9-da ABŞ və Kanada donanmasına məxsus iki hərbi gəminin Tayvan boğazından keçməsindən sonra həyata keçirilib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Arleigh Burke" sinifli idarə olunan raketi daşıyan Ralph Johnson esminesi və Kanada Kral Donanmasının "Halifax" sinifli Ottowa kruiz gəmisi sentyabrın 9-da Tayvan boğazından müntəzəm olaraq keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu