Tayvan adanın ətrafında 24 Çin təyyarəsi və 5 gəminin aşkar edildiyini açıqlayıb
Tayvan Müdafiə Nazirliyi gün ərzində adanın ətrafında 24 Çin hərbi təyyarəsi və 5 döyüş gəmisinin aşkarlandığını bildirib.
Nazirliyin X sosial şəbəkəsində verilən açıqlamada 24 təyyarədən 12-nin tərəflərin təsir sahələrini məhdudlaşdırdığı güman edilən Tayvan boğazında hava və dəniz xətlərini keçərək Tayvanın "Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonası (ADIZ)" olaraq təyin etdielan etdiyi ərazi üzərindən uçduğu bildirilib.
Açıqlamada, 6 ədəd "J-10" və 4 ədəd "J-16" tipli döyüş təyyarəsi və "BZK-005" tipli silahsız pilotsuz təyyarə, "Y-9" ilə eyni pilotsuz təyyarənin Tayvan boğazında nominal "orta xətti" keçdiyi qeyd edilib.
Tayvan boğazında sülh və sabitliyin qorunmasının bütün tərəflərin ortaq məsuliyyəti olduğu vurğulanan bəyanatda bildirilir: "Çin ordusunun davam etdirdiyi təqiblər gərginliyin sürətlə artmasına və regional təhlükəsizliyin pisləşməsinə səbəb ola bilər. Biz Pekini məsuliyyətli davranmağa çağırırıq. Regional təhlükəsizliyə təhlükə yaradan birtərəfli hərəkətlərə son qoyulmalıdır".