Paraqvay Çin diplomatını “Persona non-qrata” elan edərək ölkədən qovdu


Cənubi Amerika ölkəsi Paraqvay Tayvanla diplomatik əlaqələrin kəsilməsini təklif etdiyi iddia edilən çinli diplomatı “persona non qrata” elan edərək diplomatdan ölkəni tərk etməsini tələb edib.



Paraqvay Xarici İşlər Nazirliyindən verilən açıqlamada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin Paraqvayın paytaxt Asunsionda keçirilən iclası üçün ölkədə olan çinli diplomat Şu Veyin vizasının ləğv edildiyi və onun "persona non qrata" elan edildiyi bildirilib.

İddialara görə, komitənin iclasına qatılmayan və paytaxtdakı Konqres binasına gedərək deputatlara Paraqvayın Tayvanla diplomatik əlaqələrini kəsməyi təklif edən Çin diplomatından "daxili işlərə qarışdığı" əsas ilə 24 saat ərzində ölkəni tərk etməsi tələb edilib.

Qeyd edək ki, Paraqvay Cənubi Amerikada və dünyanın bir neçə ölkəsi arasında Çinin suverenlik mübahisəsi olan Tayvanla diplomatik əlaqələr saxlayan yeganə ölkədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu