Rusiya ABŞ-ın iki diplomatını “persona non-qrata” elan etdi


Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı iki ABŞ diplomatının "diplomatik statuslarına uyğun olmayan hərəkətlər" səbəbi ilə "persona non-qrata" elan edildiyini açıqlayıb.


Nazirlikdən verilən açıqlamada ABŞ-ın Moskvadakı səfiri Lin Treysinin nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda səfirə ABŞ səfirliyinin birinci katibi Ceffri Sillin və ikinci katib Devid Bernşteynin hərəkətlərinin onların diplomatik statuslarına uyğun gəlmədiyi və bu şəxslərin Rusiya vətəndaşı olduğu bildirilən xarici dövlətlə gizli əməkdaşlıqda və pul müqabilində Rusiyanın milli təhlükəsizliyinə xələl gətirməkdə günahlandırılan Robert Şonovla əlaqəni davam etdirərək qanunsuz fəaliyyətlər həyata keçirdikləri vurğulanıb.

Bəyanatda ABŞ səfirinə Sillin və Bernşteynin 7 gün ərzində "persona non qrata" olaraq Rusiya ərazisini tərk etmələri lazım olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu