Tramp Avropada lisenziyalı raket istehsalını təşkil etmək niyyətindədir


ABŞ prezidenti Donald Tramp Amerika şirkətlərindən Avropada və Ukraynada lisenziya əsasında raket istehsal etməyi xahiş etməyi planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İrana qarşı aparılan hərbi əməliyyatlar zamanı ABŞ-ın raket arsenalı əhəmiyyətli dərəcədə azalıb və onun yenidən bərpası üçün müəyyən zaman tələb olunur. Bununla əlaqədar olaraq, Amerika lideri Vaşinqtonun müttəfiqlərinə raketlərin ABŞ-dan kənarda istehsalı üçün lisenziyaların təsdiqlənməsi imkanını nəzərdən keçirəcəyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Tramp rəsmi Vaşinqtonun Ukraynanın ABŞ-a məxsus "Patriot" zenit-raket kompleksləri üçün raket istehsal etmək icazəsi ilə bağlı sorğusunu araşdıracağını bəyan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu