Tramp oktyabrın 17-də Zelenski ilə Ağ Evdə görüşə bilər


Tramp oktyabrın 17-də Zelenski ilə görüşə hazırlaşır

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək imkanını nəzərdən keçirir.

"Financial Times" jurnalisti Kristofer Millerin X sosial şəbəkəsində paylaşdığı məlumata görə, Tramp və Zelenski həftəsonu telefon danışığı zamanı ABŞ-dan Ukraynaya "Tomahawk" raketlərinin tədarükünü müzakirə ediblər. Həmçinin bu həftə Ukrayna nümayəndə heyətinin Vaşinqtonda bir sıra danışıqları planlaşdırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu