Tramp Zelenski ilə atəşkəs prosesini müzakirə edir

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Rusiya-Ukrayna müharibəsinin başa çatması və atəşkəsin yaradılması ilə bağlı telefon danışığı davam edir.
Ağ Ev rəhbərinin müavini Dan Scavino X hesabında iki liderin telefon danışığını davam etdirdiyini paylaşıb.
Bildirilib ki, Trampın dünən Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra bu gün Zelenski ilə görüşündə atəşkəs danışıqları ilə bağlı bütün detallar müzakirə edilib.
Görüşün ardından Ağ Evin Tramp-Zelenski görüşü ilə bağlı yazılı açıqlama verəcəyi gözlənilir.