Tramp və Zelenski arasında telefon danışığı olub
![](/uploads/posts/2025-02/tramp-zelenski.jpg)
ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
AFN.az xəbər verir ki, bu barədə Ukraynanın “Novosti.Live” nəşri Zelenskinin ofisinə istinadən məlumat yayıb.
Bundan əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Söhbətdən sonra verdiyi mesajda Tramp danışığın nəticələrini Zelenskiyə təqdim etmək niyyətində olduğunu qeyd edib.