Zelenski və Donald Tramp telefonla danışıblar


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-da prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla telefon danışığı aparıb.



Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında etdiyi paylaşımda ABŞ-da prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla telefonla danışdığını bildirib, onu Respublikaçılar Partiyasından namizədliyi münasibətilə təbrik edib və Pensilvaniyadakı dəhşətli hücumu pisləyib.

Rusiya ilə müharibədə Ukraynanın imkanlarını gücləndirməkdə göstərdiyi köməyə görə ABŞ-a hər zaman minnətdar olacağını qeyd edən Zelenski, Rusiyanın hər gün ölkəsinin şəhər və kəndlərini hədəfə alan hücumlarını davam etdirdiyini bildirib.

Zelenski bildirib ki, o və Tramp Ukraynada ədalətli və daimi sülhü təmin edəcək addımlar üzərində üz-üzə görüşmək barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu