“Bu görüntü mənə Xocalı qətliamını xatırlatdı” - Brilliant Dadaşova


Ötən gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə mane olmağa çalışıblar. Polis hadisəyə müdaxilə edərkən ortaya çıxan görüntülər sosial şəbəkədə yayılıb. Ən çox tənqdi edilən isə polisin yaşlı qadının gözünə qaz sıxması olub.


Yayılan görüntülərə Xalq artisti Brilliant Dadaşova da rəy bildirib. Müğənni videonu paylaşaraq polislərin hərəkətini tənqid edib:

"Əminəm ki, onlar tezliklə cəzalandırılacaqlar. Gədəbəy... Bu görüntü mənə Xocalı qətliamını xatırlatdı. Oğlan, qarşındakı anan, bacındır. Bunu unutma".

Aparıcı Xoşqədəm Hidayətqızı isə videonu yayımlayaraq "Gərgin iş, qrafikimə görə, axşamlar telefondan, sosial şəbəkələrdən, xəbərlərdən mümkün qədər uzaq durub, tez yatıram. Səhər erkən oyanıb və bütün xəbərlər, gələn mesajlara baxmağı artıq illərdir ki, adıt etmişəm. Bu gün səhər erkən yuxudan durdum və telefonuma gələn mesajlara baxdım. Yüzlərlə insan mənə bu videonu göndərmişdi. Gözlərimə inanmadım, bu, Gədəbəydə olub? Axı necə? O, yaşlı qadınlarla necə belə rəftar etmək olar? Hələ də şokdayam, inanmaq istəmirəm. O nənənin gözünə qaz sıxan kişini görmək istəyərdim. Yəqin cəzalandırılar" sözlərini qeyd edib. (Axşam.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu