Uşaq məhbuslara işgəncə verən 13 mühafizəçi saxlanıldı


İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisəsində 13 mühafizəçinin uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri səbəbi ilə saxlanıldığı bildirilib.



İtaliya mətbuatında yer alan xəbərə görə, Milan Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 12-si Milandakı Çezare Bekkariya Uşaq Həbsxanasında çalışan və biri daha əvvəl orada işləyən 13 mühafizəçi müxtəlif cinayətlərə görə məhkum olunmuş uşaqlara qarşı pis rəftar və işgəncə verdikləri səbəbi ilə saxlanılıb.

İstintaq çərçivəsində 8 nəfər də dövlət vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

Həmçinin qeyd olunub ki, məhbus uşağa qarşı cinsi zorakılıq təşkil edən zorakılığın tətbiq edilməsi iddiası da araşdırılıb.

2022-ci ildən pis rəftarın davam etdiyi və bunun işgəncə qurbanı olan uşaq məhbusların müraciətləri əsasında aparılan texniki monitorinqlə aşkar edildiyi bildirilib.

Qeyd edək ki, İtaliyada əvvəlki aylarda Foggia və Reggio Emilia şəhərlərindəki həbsxanalarda olan bəzi həbsxana polisləri haqqında pis rəftar və işgəncələrə görə məhkəmə və inzibati proseslər başlanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu