Hindistandan ABŞ-a uçan təyyarə bomba təhlükəsi səbəbindən Kanadada məcburi eniş edib


Hindistanın "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin ABŞ-a uçuşu zamanı internet üzərindən bomba təhlükəsi aldığı üçün Kanadanın İqaluit şəhərində təcili eniş etdiyi açıqlanıb.



“Air India”nın verdiyi məlumata görə, “AI127” nömrəli reys Hindistanın paytaxtı Yeni Dehlidən ABŞ-ın Çikaqo şəhərinə getmək üçün havaya qalxıb.

Açıqlamada təyyarənin internetdə paylaşılan bomba təhdidindən sonra Kanadanın İqaluit şəhərinə təcili eniş etdiyi, son günlər "Air India" və digər Hindistan hava yolu şirkətlərinin də təhdidlər aldığı bildirilib.

Bəyanatda bu təhdidlərin sonradan saxta olduğu üzə çıxıb.

Kanada Kral Atlı Polisi (RCMP) ekipajla birlikdə təyyarədə ümumilikdə 211 nəfərin olduğunu açıqlayıb və məsələ ilə bağlı araşdırma başlanılıb.

Hindistanın NDTV kanalında yer alan xəbərə görə, son 48 saatda saxta bomba təhdidləri alan Hindistanda yerləşən müxtəlif hava yolu şirkətlərinə aid 10 təyyarədən bəzilərinin səfərləri dayandırılıb, bəziləri isə təcili eniş edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu