Tovuz sakini bibisini odun parçası ilə döyərək öldürübmüş - YENİLƏNİB


Tovuz Rayon Prokurorluğu rayonda silahlı insidentlə bağlı məlumat yayıb.

AFN.az xəbər verir ki, avqustun 6-sı Tovuz rayonunun Əli Mərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb, Ü.İsayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Qeyd edək ki, Ü.İsayevin M.İsayevanın qardaşı oğlu olduğu bildirilir.

***

Tovuz rayonunda silahlı insident baş verib. 

AFN.az "Report"a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Ülvi İsayev adlı şəxs bibisi, 1961-ci il təvəllüdlü Məlahət İsayevanı odlu silahla qətlə yetirib.

Hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb.

İlkin məlumata görə, əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu