Bakıda kişi keçmiş arvadını küçədə güllələdi - YENİLƏNİB
Bakıda silahlı insident baş verib.
AFN.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.
Belə ki, kişi ov tüfəngi ilə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Cinayət törətməkdə şübhəli bilinən 43 yaşlı Zaur Qəhrəmanov, güllələnən qadın 44 yaşlı Amalya Qəhrəmanovadır.
***
TƏBİB-dən hadisə ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, 09.07.2026-cı il tarixində saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzə hospitalizasiya olunub. Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
