Ana və 17 yaşlı oğlu bıçaqlandı: Şübhəli həyat yoldaşıdır
Ağdaşda ana və oğlu bıçaqlanıb.
AFN.az xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Aygün Əhmədovaya və onun 17 yaşlı oğlu F.Əhmədova kəsici-deşici alətlə xəsarət yetirilib.
Hadisəni törətməkdə A.Əhmədovanın həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma başlanılıb.
