ABŞ Avropadakı qoşunlarının bir hissəsini Latın Amerikasına keçirə bilər
ABŞ Avropada yerləşən qoşunlarının bir hissəsini narkokartellərə qarşı əməliyyatları genişləndirmək üçün Mərkəzi və Cənubi Amerikaya göndərə bilər.
AFN.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Hegset açıqlama verib. Onun açıqlamasını “The Hill” yayıb.
Hegset bildirib ki, ABŞ Mərkəzi və Cənubi Amerikada tərəfdaşları vasitəsilə mövcudluğunu və təsir imkanlarını genişləndirir. Onun sözlərinə görə, bu proses çərçivəsində bəzi hərbi imkanlar başqa bölgələrə, yaxud ABŞ-a geri köçürülə bilər.
Pentaqon rəhbəri qeyd edib ki, yeni strategiyanın hazırlanması ABŞ-ın Avropada yükün daha çox bölüşdürülməsini istədiyini göstərib.
Hegset əlavə edib ki, Vaşinqton hazırda Honduras, Qvatemala, Panama və Ekvadorla münasibətləri inkişaf etdirir və narkokartellərə qarşı birgə əməliyyatlar hazırlayır.

