Heqset: İran Hərbi Dəniz Qüvvələrinin ən yaxşı hissəsi məhv edilib
Birləşmiş Ştatlar İran Hərbi Dəniz Qüvvələrinin "ən yaxşı hissəsini" məhv edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset Florida ştatında keçirdiyi mətbuat konfransında bəyan edib.
"Hərbi əməliyyatın cəmi bir neçə günü ərzində siz və komandanız dağıdıcı yüksək dəqiqlikli zərbələr endirərək İran Hərbi Dəniz Qüvvələrinin ən yaxşı hissəsini məhv etdiniz", - deyə o, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperə xitabən bildirib.
Heqset həmçinin qeyd edib ki, ABŞ-ın bu missiyanı yerinə yetirmək üçün həm iradəsi, həm də kifayət qədər silah-sursat ehtiyatı var. Onun sözlərinə görə, İran rəhbərliyi Vaşinqtonun bu kampaniyanı uzun müddət davam etdirə bilməyəcəyini düşünməklə böyük səhvə yol verir. Nazir vurğulayıb ki, müdafiə və hücum silahları arsenalı bu hərbi kampaniyanı lazım olduğu qədər davam etdirməyə imkan verir.

