ABŞ ordusu İranın 17 hərbi gəmisinin məhv edildiyini açıqlayıb
ABŞ, aralarında bir sualtı qayıq da olmaqla, İranın 17 hərbi gəmisini məhv edib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.
Qurumun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılan çıxışında admiral deyib: "İndiyədək biz İranın 17 gəmisini, o cümlədən ən işlək sualtı qayığını məhv etmişik. Həmin sualtı qayığın gövdəsində artıq böyük bir dəlik var".
Kuper həmçinin qeyd edib ki, hazırda Oman körfəzi, Hörmüz boğazı və ya Ərəbistan dənizində hərəkət edən bir dənə də olsun İran gəmisi qalmayıb.


