Tramp: İran donanmasına məxsus 9 gəmi məhv edildi



ABŞ Prezidenti Donald Tramp İran hərbi dəniz donanmasına məxsus 9 gəminin məhv edildiyini elan edib.

AFN.az xəbər verir ki, Tramp öz sosial media hesabından paylaşdığı açıqlamada İrana qarşı davam edən hərbi əməliyyatlarla bağlı son məlumatları bölüşüb.

ABŞ rəhbəri indicə İran donanmasına aid 9 gəminin məhv edildiyi və batırıldığı barədə məlumat aldığını ifadə edib. Bunlardan bəzilərinin kifayət qədər böyük və mühüm gəmilər olduğunu vurğulayan Tramp, digər gəmiləri də hədəf aldıqlarını və tezliklə onların da dənizin dibinə göndəriləcəyini qeyd edib.

Tramp paylaşımının davamında başqa bir hücum nəticəsində İranın hərbi dəniz qərargahlarının da böyük ölçüdə sıradan çıxarıldığını diqqətə çatdırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu