ABŞ Kubada hərbi ssenaridən imtina edə bilər
ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkə rəhbərliyini dəyişmək üçün hərbi güc tətbiq etmək əvəzinə, Kubaya qarşı sanksiya və iqtisadi təzyiqi artırmağa üstünlük verir.
AFN.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Vaşinqton Kuba hakimiyyətinin gəlir mənbələrini kəsməyi və daxili ziddiyyətləri kəskinləşdirməyi planlaşdırır. Məqsəd daha əvvəl ABŞ-ın dəyişiklik tələblərini rədd edən ölkə rəhbərliyi ilə danışıqlar üçün şərait yaratmaqdır.
Xatırladaq ki, bir qədər əvvəl Pentaqon rəhbəri Pit Heqset Vaşinqton administrasiyasının Kubaya qarşı hərbi əməliyyatlar da daxil olmaqla, bütün ssenariləri nəzərdən keçirdiyini bildirmişdi.
