ABŞ Sahil Mühafizəsi itkin təyyarənin qalıqlarını tapdı – 6 nəfərin axtarışı davam edir



ABŞ Sahil Mühafizəsi və regional fövqəladə hallar qrupları Massaçusets ştatının Nantaket adası sahillərində tibbi təxliyə təyyarəsinin qalıqlarını tapdıqdan sonra təyyarədəki 6 nəfərin axtarış-xilasetmə işlərini davam etdirib.

AFN.az xəbər verir ki, Sahil Mühafizəsinin Şimal-Şərq Komandanlığının rəhbəri Mett Leyk axtarış-xilasetmə əməliyyatı ilə bağlı jurnalistlərə açıqlama verib.

Leyk açıqlamasında əsas prioritetin təyyarədəki 6 nəfəri tapmaq olduğunu bildirib və çox geniş ərazinin yoxlanıldığını qeyd edib.

ABŞ-lı komandan axtarış qruplarının Nantaket adası sahillərindən təxminən 32 kilometr uzaqlıqda, 24,4-27,4 metr (80-90 fut) dərinlikdəki sularda itkin təyyarəyə aid olduğu təsdiqlənən qalıq sahəsi müəyyən etdiyini və işlərin həftəsonu boyunca bu ərazidə davam etdiyini deyib.

Leyk Sahil Mühafizəsi, Massaçusets rəsmiləri və Nyu-York Milli Qvardiyasının hava-xilasetmə bölməsindən ibarət xilasetmə qruplarının təxminən 53,5 saat davam edən fasiləsiz əməliyyatlar zamanı təxminən 7 355 kvadratkilometr ərazini yoxladığını da bildirib.

Federal Aviasiya Administrasiyası (FAA) içərisində 6 nəfərin olduğu Latitude Air Ambulance şirkətinə məxsus Gulfstream G100 təyyarəsi ilə əlaqənin kəsildiyini açıqlamışdı.

Latitude Air Ambulance şirkətinə məxsus təyyarə itkin düşdüyü zaman 4 Kanada və 2 Bermuda vətəndaşı ilə Bermudadan Bostona uçurdu.

Axtarış-xilasetmə əməliyyatına yerli vaxtla şənbə günü saat 02:00-da başlanmışdı.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu