İtaliya Sahil Mühafizəsi 57 miqrantı xilas edib: 2 nəfər ölüb


İtaliyanın Sahil Mühafizəsi bazar günü Lampeduza adasının cənubunda iki cəsədin tapıldığını və 57 miqrantı xilas etdiyini, iki gəminin batması nəticəsində təxminən 30 nəfərin itkin düşdüyünü bildirib.


Şənbə günü Lampeduzanın cənubundakı xilasetmə əməliyyatlarının çətin şəraitdə reallaşdırıldığını söyləyən Sahil Mühafizəsi, iki batmış miqrant qayığının Tunisdəki miqrasiya böhranı üçün qaynar nöqtə olan Sfaxdan getdiyinə dair medianın məlumatlarını təsdiqləyib.

Sahil Mühafizəsi biri qadın biri uşaq olmaqla 2 nəfərin öldüyünü bildirib. Onların Fil Dişi Sahilindən olan ana və bir yaşlı uşaq olduğu deyilir.

Gəmilərdən birində 48, digərində isə 42 nəfərin olduğu açıqlanıb. Sağ qalanlar və cəsədlər Lampeduzanın 46 kilometr cənub-qərbindən götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu