Okeanda itən yeniyetmə 35 saatdan sonra xilas edilib


ABŞ-ın Florida ştatında Atlantik okeanı sahillərində kiçik qayıqla itən 25 yaşlı yeniyetmə təxminən 35 saatdan sonra sahil mühafizəsi tərəfindən xilas edilib.


ABŞ Sahil Mühafizəsinin avqustun 5-də yaydığı bəyanata görə, 25 yaşlı Çarlz Qreqori cümə günü səhər öz kiçik qayığı ilə Atlantik Okeanına üzüb və axşam geri qayıtmayaraq itkin düşüb.

Sahil mühafizəsi Çarlz Qriqorini avqustun 5-i şənbə günü Florida sahillərində Atlantik okeanı yaxınlığında havada və dənizdə axtarış əməliyyatları zamanı yarı sulu qayıqda sağ tapıb.

Səlahiyyətlilər Qriqorinin uzun müddət suda olmasına baxmayaraq, heç bir müalicəyə ehtiyacı olmadığını açıqlayıb.

Gəncin dənizdə aşkarlanaraq xilas edilməsi anları sahil mühafizəsinin kamerasına əks olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu