Fransada lisey aksiyası zamanı plastik güllə ilə yaralanan gənc polisə şikayət etdi



Fransada lisey aksiyaları davam edərkən Tur şəhərindəki hadisələr zamanı gözünə plastik güllə dəyən gənc polis zorakılığı ilə bağlı şikayət edib.

AFN.az xəbər verir ki, yerli medianın məlumatına görə, lisey şagirdlərinin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdiyi aksiyalar zamanı Tur şəhərində plastik güllənin dəyməsi nəticəsində sağ gözündə görmə qabiliyyətini itirən 16 yaşlı gənc hüquq-mühafizə orqanlarına müraciət edib.

Sentyabrın 30-da plastik güllə ilə yaralanan Balzak Liseyinin Mael adlı şagirdi polis zorakılığı ilə bağlı şikayət verib.

Maelin gözündən yaralandığı anları əks etdirən görüntülər sosial mediada gündəm olmuşdu.

Tur Prokurorluğu məhkəmə-tibbi ekspertiza zamanı Maelin gözündəki xəsarətlərin LBD tipli müdafiə silahlarında istifadə olunan plastik güllənin dəyməsi nəticəsində yaranan xəsarətlərlə uyğun olduğunun müəyyən edildiyini bildirib.

Fransa Təhsil Nazirliyinin dünən yaydığı açıqlamada ölkə üzrə aksiyalar zamanı zərər görən təxminən 500 məktəbin bağlı olacağı bildirilib.

Fransada sentyabrın 17-də başlayan və müxtəlif şəhərlərə yayılan lisey aksiyalarında indiyədək 170-i lisey şagirdi, 600-ü təhlükəsizlik əməkdaşı olmaqla, təxminən 800 nəfər yaralanıb.

Həmçinin 24 məktəbin yandırıldığı aksiyalarla bağlı indiyədək 5 mindən çox şəxs barəsində hüquqi tədbir görülüb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu