“Süni intellekt müəllimi əvəz etməyəcək” fikri bayağıdır - nazir


Elm və təhsil naziri Emin Əmrullayev “Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək” fikrini bayağı hesab edir.

AFN.az xəbər verir ki, nazir bu fikirləri Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı səsləndirib.

E.Əmrullayev qeyd edib ki, “süni intellekt Azərbaycan məktəbində hansı rolu daşımalıdır? Bizim dostumuz, həmkarımız, yaxud rəqibimizdir?” sualları ətrafında müzakirələr aparmaq mümkündür.

Nazirin sözlərinə görə, süni intellekt artıq təhsil sisteminə daxil olub və hazırda əsas məsələ ondan düzgün şəkildə yararlanmaqdır.

“Süni intellektdən istifadədə isə iki məsələdə diqqətli olmaq vacibdir: qiymətləndirmə və texnoloji sürət”, - deyə E.Əmrullayev əlavə edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu