ABŞ-da Çinin lehinə casusluqda şübhəli bilinən qadın saxlanıb



ABŞ hakimiyyəti Los-Anceles hava limanında Çin vətəndaşını qeydiyyatdan keçmədən xarici agent kimi fəaliyyət göstərməkdə şübhəli bilərək saxlayıb.

AFN.az xəbər verir ki, bunu Kaliforniyanın Mərkəzi Dairəsi üzrə prokuror müavini Bill Essayli “X” sosial şəbəkəsində açıqlayıb.

Onun sözlərinə görə, 34 yaşlı Çin vətəndaşı Çinin maraqları naminə fəaliyyət göstərdiyi barədə ABŞ baş prokuroruna məlumat verməyib. Essayli bunu federal qanunvericiliyin pozulması kimi qiymətləndirib.

Prokuror müavini bildirib ki, qadın 2025-ci ildə Vaşinqton ştatının Sietl şəhərində olub və iddiaya görə, Çin hakimiyyətinin göstərişi ilə Tayvan administrasiyasının nümayəndələrindən birinin qohumunu izləyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu