Brent neftinin qiyməti 101,37 dollara gerilədi
Beynəlxalq fyuçers bazarlarında Brent neftinin bir barreli 101,37 dollardan satılır.
AFN.az xəbər verir ki, cümə günü 103,04 dollara qədər yüksələn Brent neftinin fyuçers müqavilələri üzrə bir barrelinin qiyməti günü 102,25 dollardan tamamlayıb. Brent neftinin dekabr fyuçersləri üzrə bir barrelinin qiyməti bu gün saat 10:25-ə olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 0,9 faiz azalaraq 101,37 dollar olub.
Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin noyabr fyuçersləri üzrə bir barrelinin qiyməti də 90,08 dollar təşkil edib.
Brent neftində texniki baxımdan 103,77 dollar müqavimət, 100,97 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.
