Cənubi Koreya DMZ-dəki partlayışa görə Şimali Koreyanın üzr istəməsini tələb etdi



Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 hərbçinin yaralanmasına səbəb olan partlayışla bağlı Şimali Koreyanın üzr istəməsini tələb edib.

AFN.az xəbər verir ki, Yonhapın məlumatına görə, Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsi sentyabrın 21-də DMZ-nin qərb hissəsində, Hərbi Demarkasiya Xəttinin (MDL) cənubunda baş verən partlayışla bağlı açıqlama yayıb.

Açıqlamada partlayışdan sonra əldə edilən mina qalıqlarının Şimali Koreyada istifadə olunan piyada əleyhinə minaların plastik materialı ilə uyğun gəldiyi irəli sürülərək, bu ölkənin əraziyə minaları qəsdən yerləşdirdiyi iddia olunub.

Minaların təmizlənməsi üçün ordunun əməliyyata başladığı bildirilib.

Açıqlamada Cənubi Koreya ordusunun mina partlayışında yaralanan hərbçilər üçün Şimali Koreyanın səmimi şəkildə üzr istəməsini və Atəşkəs Sazişini pozaraq yerləşdirilən minaları dərhal təmizləməsini tələb etdiyi qeyd olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu