Məhərrəm İncə namizədiliyi geri götürdü


Türkiyə prezidentliyinə namizəd, “Memleket” partiyasının qurucusu və lideri Məhərrəm İncə seçkilərə üç gün qalmış namizədliyindən geri çəkildiyini açıqlayıb.


AFN.az xəbər verir ki, siyasətçi qərarını “Haber Türk” telekanalıda çıxışı zamanı açıqlayıb.

O, “Mən namizədliyimi geri götürürəm. Qoy daha məni qınamağa əsas olmasın” deyə vurğulayıb.

İncə seçicilərdən onun partiyasına səs vermələrini xahiş edib. O, Türkiyə parlamentində də olmayacağını qeyd edib.

Bundan əvvəl, mayın 8-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin hazırkı başçısı Rəcəb Tayyib Ərdoğanın seçkilərin birinci turunda 52-53 faiz səslə qalib gələ biləcəyi ilə bağlı fikirlərini bölüşüb. Diplomat Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki yerlərin əksəriyyətini qazanacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, bir gün əvvəl Ərdoğan İstanbulda təxminən 1,7 milyon insanın iştirakı ilə mitinq keçirib və seçki kampaniyasının əsas tezislərini açıqlayıb. O, prezident seçkilərində qələbə qazanacağına əmin olduğunu bildirib.

Türkiyədə ümumi seçkilər mayın 14-ü bazar günü keçiriləcək. Ən yüksək dövlət postu uğrunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.

Birinci turda qalib gəlmək üçün namizəd ən azı 50% səs üstəgəl 1 səs toplamalıdır. Əks halda, mayın 28-də seçkilərin ikinci turu keçiriləcək. Ən çox səs toplayan namizəd qalib elan ediləcək.

Qeyd edək ki, prezident seçkiləri ilə eyni gün Böyük Millət Məclisinə də (TBMM) seçkilər keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu