CHP-dən “ata evinə qayıt” çağırışı: Məhərrəm İncəyə rəsmi təklif olub?


CHP sədri Özgür Özəlin keçmiş CHP-lilərə “ata evinə qayıt” çağırışı gündəmdədir. Bolu Bələdiyyə Başçısı Tanju Özcan "99 faiz CHP-yə qayıdacağam” dediyi halda, CHP-dən ayrılaraq Vətən Partiyasını quran Məhərrəm İncənin atacağı addım maraq doğurur.



CHP sədri Özgür Özəl bu çağırışı etdikdən sonra bütün gözlər Kamal Kılıçdaroğlu dövründə CHP-dən ayrılan və ya xaric edilən adlardadır.

Bolu Bələdiyyə Başçısı Tanju Özcan Kılıçdaroğlunu tənqid etdikdən sonra CHP-dən xaric edilib. Özəlin zəngindən sonra Tanju Özcan partiyaya yenidən üzv olmaq üçün müraciət edib.

Özcan Vətən Partiyasının sədri Məhərrəm İncənin də CHP-yə qayıtmasını arzuladığını bildirib:

“Keçən gün İncə bəylə telefonda danışdıq. Onun qayıdıb-qayıtmayacağı ilə bağlı dəqiq danışmadıq, amma məncə, qayıtmalıdır. Məhərrəm İncə də partiyaya qayıtsa, çox şad olaram”.

Bəs Məhərrəm İncə CHP-yə qayıdacaqmı?

CNN TÜRK-ə danışan Vətən Partiyasının sözçüsü İpek Özkal Sayan CHP-dən Məhərrəm İncəyə rəsmi dəvət göndərilmədiyini vurğulayıb:

“Məhərrəm İncə bir partiyanın sədridir. Biz partiyayıq. Rəsmi dəvət olsa, cavab veriləcək”.

Bazar günü Vətən Partiyasının yerli seçki gündəmi ilə Məclisi keçiriləcək. Həmin görüşdən sonra CHP-dən təklifin gəlib-gəlməyəcəyi maraq doğurur. Əldə edilən məlumata görə, Vətən Partiyasında Məhərrəm İncəyə yaxın insanlar CHP-yə qayıtmağı səbirsizliklə gözləyirlər. (Publika.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu