Özcan Dəniz polislik oldu: "Sən ölümə layiqsən"
Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz qaldığı villanın sahibi ilə problem yaşayıb.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni yeni evləndiyi həyat yoldaşı Samar Dadgar ilə birlikdə yaşadığı Sarıyerdəki villanın sahibi həmin villanın bağçasında kanalizasiya quyusu açmaq istəyib. Özcan Dənizdən avtomobilini bağçadan çıxarmasını istəyən ev sahibinə müğənni yox deyib. Bildirib ki, xəbərsiz gəldiyi üçün avtomobilini çəkməyəcək. Bundan sonra ev sahibi müğənnini silahla hədələyib.
Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, ev sahibi həyətdə quyu açmaq istərkən müğənni ona əvvəldən xəbərdarlıq etməli olduğunu bildirib. Bu zaman Özcan Dənizə qarşı kobud ifadələr işlədən ev sahibinə etikanı xatırladan sənətçi təhdidlə üzləşib. "Sən ölməyə layiqsən, mən silahımı alacam, get silahını al" deyə təhdid edən ev sahibinə Özcan Dənizin həyat yoldaşı bütün yaşananları telefonuna qeyd etdiyini deyib. Bundan sonra o, maşınına getməyi dayandırıb və bir müddət müzakirəni davam etdirib.
Özcan Dəniz və həyat yoldaşı hüquq-mühafizə orqanlarına məlumat verərək ev sahibi haqqında şikayət edib. Məşhur sənətçi açıqlamasında ölümlə təhdid edildiyini, ailəsinin və özünün həyatına təhlükə yarandığını bildirib.
Səmər Dadgar isə ifadəsində həyat yoldaşının dediklərini təsdiqləyərək, telefonu göstərməsəydi, ev sahibinin silahını gətirəcəyini bildirib.
İşlə bağlı istintaq başladılıb.