Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi




Dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.



Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hazırda 76 yaşlı müğənni kardiocərrahiyyə şöbəsində müayinədən keçirilir. Onun cərrahiyyə əməliyyatına alınıb-alınmayacağı müayinədən sonra bəlli olacaq.

Xatırladaq ki, Tamara Sinyavskaya keçmiş SSRİ-nin və Azərbaycanın Xalq artistidir. Rusiyanın "Şərəf" və IV dərəcəli "Vətənə xidmətlərinə görə" ordenləri ilə təltif olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu