Almaniyada Tina Törnerin adı əbədiləşdiriləcək


Almaniyada müğənni Tina Törnerin adının əbədiləşdirilməsi təklif edilir.


AFN.az xəbər verir ki, Kölndəki meydanın adının müğənninin şərəfinə adlandırılması istənilib.

Müğənni 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində bir neçə il Reyn sahilindəki metropolda yaşayıb. O, daha sonra həyat yoldaşı alman prodüser Ervin Baxla görüşməyə başlayıb. "Union 90/Greens" nümayəndələri hesab edirlər ki, Törnerin xatirəsi əbədiləşdirilməlidir.

Almaniya mətbuatının yazdığına görə, şəhər rəhbərliyi təklifə qarşı çıxmasa da, xatırladıb ki, qanuna görə, şəxsin şərəfinə bir meydanın adının verilməsi üçün onun öldüyü tarixdən ən azı iki il keçməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu