Almaniya hökuməti immiqrasiya qaydalarını sadələşdirən qanunu təsdiqlədi


Almaniya hökuməti ölkədə mövcud immiqrasiya siyasətini əhəmiyyətli dərəcədə yumşaldacaq qanun layihəsini dəstəkləyib. Sənəd Aİ-yə daxil olmayan ölkələrdən ixtisaslı mütəxəssislərin ölkəyə cəlb edilməsini nəzərdə tutur.


Qaynarinfo xəbər verir ki, bu barədə Suddeutsche Zeitung yazır.

Almaniyanın daxili işlər naziri Nensi Fezer və əmək naziri Huberts Hayl tərəfindən hazırlanan qanun layihəsi, digər məsələlərlə yanaşı, Almaniyada yaşamaq və işləmək icazəsi almaq istəyənlər üçün bal sistemi ilə bir növ imkan kartının tətbiqini nəzərdə tutur.

Nəşr xəbər verir ki, balların hesablanması zamanı nəzərə alınan meyarlara ixtisaslar, alman dilini bilmək, peşə təcrübəsi, Almaniya ilə əlaqə (məsələn, artıq ölkədə yaşayan qohumlar) və yaş daxildir.

Hazırda Avropa İttifaqına daxil olmayan ölkələrdən olan ali təhsilli və peşə təcrübəsi olan əcnəbilərə Almaniyada altı ay qalmağa icazə verilir. İndi bu müddətin altı ay uzadılması, habelə əcnəbilərə yenidən hazırlıq və iş axtarışında dövlət tərəfindən yardımın göstərilməsi nəzərdə tutulur.

Qanun layihəsinin qüvvəyə minməsi üçün o, Bundestaq və Bundesratdan keçməlidir. "Suddeutsche Zeitung”un yazdığına görə, Xristian Demokrat İttifaqını təmsil edən bir çox alman parlamentari immiqrasiya qanunlarının liberallaşdırılmasına qarşı çıxır və sənədin əleyhinə səs verəcəklərini vəd edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu