Almaniyada ikili vətəndaşlığı təmin edəcək qanun layihəsi parlamentdə səsə qoyulacaq


Almaniyada mühacirlərin uzun illərdir gözlədiyi ikili vətəndaşlığı asanlaşdıran qanun layihəsi başa çatıb.



Cümə günü parlamentdə səsverməyə çıxarılacaq qanun layihəsi qəbul olunarsa, Almaniya vətəndaşlığını almaq asanlaşacaq və ikili vətəndaşlığın qarşısındakı maneə aradan qalxacaq.

“Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” adlı qanun layihəsi Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) yaratdığı koalisiya hökuməti tərəfindən qəbul olunarsa, Almaniya vətəndaşlığını alan hər kəs aha əvvəl sahib olduqları vətəndaşlıq hüququndan imtina etməli olmayacaq.

Müvafiq olaraq Almaniya vətəndaşlığını almaq üçün tələb olunan qanuni yaşayış müddəti 8 ildən 5 ilə endirilir.

Almaniya vətəndaşlığını almaq istəyən şəxsin ölkədəki həyat şəraitinə uyğunlaşmaqda akademik və ya peşəkar uğur qazanması, könüllü iş görməsi və ya dili öyrənmək üçün xüsusi səy göstərməsi hallarında bu müddət 3 ilə endirilə bilər.

İkili vətəndaşlıq imkanına icazə verildiyi üçün əvvəllər qüvvədə olan və gəncləri 23 yaşına kimi valideynlərinin vətəndaşlığı və ya Almaniya vətəndaşlığı arasında seçim etməyə məcbur edən “opsiya modeli” tamamilə ləğv ediləcək.

Almaniyada doğulan uşaqlar, hətta Almaniya vətəndaşı olmasalar belə, əgər valideynlərindən biri bu ölkədə qanuni olaraq ən azı beş il yaşayırsa, Almaniya vətəndaşlığını ala biləcəklər.

Alman vətəndaşlığını əldə etmək şərtləri arasında şəxs sosial yardım almadan özünü və himayəsində olanları da dolandırmalıdır.

Alman vətəndaşlığı üçün yazılı imtahan tələbi qonaq işçi nəsli üçün ləğv ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu