Olaf Şolz: Müsəlmanlara qarşı nifrətə yol verilməməlidir


İrqçilik, antisemitizm və ya müsəlmanlara qarşı nifrətə yer olmamalıdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib. O, 1 iyul Müsəlmanlara Qarşı İrqçiliyin Aradan Qaldırılması Günü münasibəti ilə Twitter-də paylaşım edib.

Almaniyada irqçiliyin bir reallıq olduğunu bildirən Şolz, bu reallığın birlikdə aşılması lazım olduğunu vurğulayıb. İrqçiliklə mübarizə üçün səy göstərəcəyini bildirən kansler bildirib ki, irqçiliyə, antisemitizmə və müsəlmanlara qarşı nifrətə icazə verilməməlidir.

Almaniyanın daxili işlər naziri Nensi Fazer ölkədə yaşayan 5,5 milyon müsəlmanın çoxunun gündəlik həyatda ayrı-seçkilik və təcrid olunduğunu bildirib.

Almaniya hökuməti Sol Partiyanın sorğusuna cavab olaraq bildirib ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində Almaniyada İslam əleyhinə 124 cinayət törədilib.

Bildirilib ki, cinayətlər məscidlərə hücum, ictimaiyyəti təhrik etmək, xəsarət yetirmək, təhqir etmək, hədələmək, əmlaka ziyan vurmaq və ya konstitusiyaya zidd simvollardan istifadə etməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu